10:45 31-01-2013
news_image
1020
DÖYÜŞ NÖVLƏRİ

“Olimpiyaçılar aramızda”

Sərbəst və yunan-Roma güləşi üzrə 1997-98-ci il təvəllüdlü yeniyetmələr arasında “Olimpiyaçılar aramızda” açıq respublika turniri keçiriləcək. Güləş Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışın keçirilməsi yeniyetmələr arasında idmanın bu növlərinin inkişafına və kütləviliyinə nail olmaq, ehtiyat qüvvələri aşkarlamaq və 2014-cü ildə keçiriləcək yeniyetmələrin II Olimpiya Oyunlarına hazırlıq məqsədi daşıyır.

FİLA-nın qaydalarına əsasən keçirilən turnir 2 mərhələdən ibarətdir. İlk mərhələdə fevralın 2-19-da AGF-nin regional nümayəndəliklərinin əhatə etdiyi ərazilərdə Region birinciliyi uğrunda yarışlar keçiriləcək.

2-3 fevral – 5 saylı nümayəndəlik, Göyçay
5-8 fevral – 1 saylı nümayəndəlik, Bakı
6-7 fevral – 2 saylı nümayəndəlik, Sumqayıt
9-10 fevral – 7 saylı nümayəndəlik, Gəncə
10-12 fevral – 4 saylı nümayəndəlik, Lənkəran
15-16 fevral – 6 saylı nümayəndəlik, Yevlax
17-18 fevral – 8 saylı nümayəndəlik, Naxçıvan
18-19 fevral – 3 saylı nümayəndəlik, Şamaxı

İkinci mərhələdə isə regionlararası seçim yarışlarının nəticələrinə əsasən martın 5-6-da açıq respublika turnirinin final yarışları baş tutacaq. Final yarışlarında ilk üç yeri tutmuş idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcək və yığma komandanın heyətinə cəlb olunacaq.