15:23 01-02-2013
news_image
1082
DİGƏR NÖVLƏR

5 min manatlıq Azərbaycan çempionatı

Fevralın 2-də Novxanı qəsəbəsində yerləşən “Sərhədçi Atçılıq Mərkəz”inin qapalı manejində “Sərhədçi Kuboku” adlı konkur üzrə Azərbaycan birinciliyi keçiriləcək. Atçılıq Federasiyasından verilən məlumata görə, yarışda yerli atçılıq klublarının çaparları öz qüvvəsini sınayacaqlar.

Yarış 2 hissədən ibarət olacaq. Turnirin ilk hissəsi saat 11-də, ikinci hissəsi isə saat 13:30 da start götürəcək. Birinciliyin ilk hissəsində çaparlar daha cavan atlarla mübarizə aparacaqlar.

Qeyd edək ki, “Sərhədçi Kuboku” turnirinin ümumi mükafat fondu 5 min manatdır.