10:23 04-02-2013
news_image

“Baku Fires”dən növbəti möhtəşəm qələbə!

“Sərhədçi” Olimpiya İdman Mərkəzində Ümumdünya Boks Seriyasının (WSB) VII turun matçında Azərbaycanın “Baku Fires” və Əlcəzairin “Desert Hawks” komandaları qarşılaşıblar. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, komandamız bu dəfə də 5:0 hesabı ilə qalib gələrək, 100 faizlik nəticə ilə liderliyini davam etdirir.

Bu təmsilçimizin cari mövsümdəki dördüncü 5:0 hesablı qələbəsi olub.

Döyüşlərin nəticələri:
Baku Fires – Desert Hawks
54 kq. Məhəmməd Qurbanov (Rusiya) – Vinsent Legrand (Fransa) – 50:44, 50:45, 50:45.
61 kq. Albert Səlimov (Rusiya) – Məhəmməd Oudahi (Əlcəzair) - 50:45, 50:45, 50:45
73 kq. Məhəmməd Nuruddinov (Belarus) – Abdelmalek Rahou (Əlcəzair) – 50:45, 50:45, 50:45
85 kq. Vladimir Keleş (Moldova) – Mattye Bauderliq (Fransa) – 49:45, 49:45, 48:46
+91 kq. Əbdülqədir Abdullayev (Azərbaycan) – Çouaib

Boulodinats (Əlcəzair) – Əlcəzair boksçusu görüşə gəlməyib

Qeyd edək ki, A qrupunda daha bir matç keçirilib. “Mexico City Guerreros” doğma rinqdə “Argentina Condors”u 5:0 hesabı ilə məğlub edib.

Turnir cədvəli:
1. Baku Fires – 21 xal, (7 matç)
2. Mexico City Guerreros – 16, (7)
3. Hussars Poland – 9, (6)
4. Argentina Condors – 7, (6)
5. Rusiya – 4, (4)
6. Desert Hawks – 2, (6)

B qrupunda “Astana Arlans” 21 xalla vahid liderdir. İtaliyanın “Dolce&Gabbana” 16 xalla 2-ci yeri tutur. Britaniya komandası 12 xalla 3-cü, Ukrayna isə 11 xalla 4-cü yeri tutur.
“Baku Fires” növbəti döyüşünü fevralın 9-da Bakıda Rusiya komandasına qarşı keçirəcək.