11:01 04-02-2013
news_image
1016
DÖYÜŞ NÖVLƏRİ

Millimiz 19 ölkəni qabaqladı

Gürcüstanın paytaxtı Tiflisdə böyüklər arasında cüdo üzrə keçirilən Avropa açıq birinciliyinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, 2 gün davam edən yarışda ölkəmizi 23 idmançı təmsil edib.

Millimiz bu turnirdə uğurlu çıxış edərək, 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. Nəticədə yığmamız komanda hesabında 20 ölkə arasında 1-ci yerə layiq görülüb.

İdmançılarımızdan Tural Səfquliyev (81 kq), Şahmurad Maqamedov (90 kq) qızıl, Şahin Qəhramanov (90 kq) gümüş, Məmmədəli Mehdiyevlə Hüseyn Rəhimli (hər ikisi 73 kq) bürünc medala sahib olub. Digər çüdoçumuz Murad Rəcəbli (90 kq) isə 7-ci yeri tutub.