17:01 04-02-2013
news_image
1168
DÖYÜŞ NÖVLƏRİ

Niyaməddin Paşayev vitse-prezident oldu

Azərbaycan Taekvondo Federasiyasında (ATF) yeni təyinat rəsmiləşib. ATF-dən apasport.az saytına verilən məlumata görə, tanınmış taekvondoçu Niyaməddin Paşayevə rəhbər vəzifələrdən biri həvalə olunub. Dünya və ikiqat Avropa çempionumuz milli komandalara nəzarət üzrə vitse-prezident təyin edilib.

ATF rəhbərliyi tərəfindən digər təyinat isə böyüklərdən ibarət yığmamızladır. Belə ki, komandamız fiziki sağlamlıq durumu türkiyəli mütəxəssis Emin Ergenə həvalə edilib.

Ankara Tibb Universitetinin İdman həkimliyi kafedrasının müdiri, Beynəlxalq Olimpiya Komitəsinin Tibb Departamenti Həkimlər Bürosunun üzvü, professor Emin Ergen yanvarın son günlərindən işinin icrasına başlayıb. Ona ATF-in həkimləri Ayaz Hümbətov və Arzu Nəcəfova assistentlik edirlər. Yanvarın 28-dən fevralın 3-nə kimi Bakıda olan Ergen artıq taekvondoçuları ümumi tibbi müayinədən keçirib.