10:37 05-02-2013
news_image

Türkiyəyə gedəcək Azərbaycan yığmasının heyəti açıqlandı

Fevralın 9-10-da Türkiyənin paytaxtı Ankarada Yaşar Doğunun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə 41-ci beynəlxalq turnir keçiriləcək. Güləş Federasiyasından apasport.az saytına verilən məlumata görə, Azərbaycan yığması da baş məşqçi Saypulla Absaidov və məşqçi Elman Əsgərovun rəhbərliyi altında yarışda qüvvəsini sınayacaq.

Heyətdə Yaşar Əliyev (55 kq), Hacı Əliyev, Əhmədnəbi Qvrazatilov (hər ikisi 60 kq), Məhəmməd Müslümov, Hacımurad Ömərov (hər ikisi 66 kq), Aleksandr Qostiyev (74 kq), Məhəmmədhacı Xatiyev (84 kq), Xetaq Qazyumov (96 kq) və Cəmaləddin Məhəmmədov (120 kq) yer alıb.

Görüşlərin idarə olunmasında beynəlxalq dərəcəli hakim Sədi Quliyev ölkəmizi təmsil edəcək.