11:50 05-02-2013
news_image
1314
DÖYÜŞ NÖVLƏRİ

Elxan Məmmədov özünə yaraşmayan yerdə - FOTO

Beynəlxalq Сüdo Federasiyası fevral ayı üçün reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahıda Azərbaycan yığmasının aparıcı cüdoçuları rəqiblərinin geriləməsi səbəbindən irəliləyiblər.

Belə ki, Peter Zayzenbaherin yetirmələri yarışda iştirak etməsələr də, onlardan 5-i irəliləməyi bacarıb. Tərlan Kərimov (66 kq) 3 pillə yuxarı qalmaqla 17-ci yerə yüksəldiyi halda, Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Elnur Məmmədli (81 kq) və Elmar Qasımov (100 kq) hərəyə 1 “addım” qabağa gediblər. Onlar hazırda müvafiq olaraq, 26-cı, 14-cü, 11-ci və 22-ci yerləri tuturlar.

4 cüdoçumuz isə geriləyib. Onlardan təəccüb doğuranı Elxan Məmmədovdur (90 kq). Son illər ilk “10-luqda” yer alan təmsilçimiz 4 pillə aşağı düşməklə “20-liyi” də tərk edib – 23-cü yer. Ondan əlavə, İlqar Müşkiyevlə (60 kq) Ramilə Yusubova (63 kq) hərəyə 2, Kifayət Qasımova (57 kq) 1 rəqibini özündən qabağa buraxıb. İdmançılarımız müvafiq olaraq, 10-cu, 22-ci və 13-cü yerlərdə qərarlaşıblar.

Qeyd edək ki, bu idman növündə Olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən verilir.