16:09 08-02-2013
news_image
1215
DİGƏR NÖVLƏR

İlqar Rəhimov yenidən Milli Paralimpiya Komitəsinin prezidenti seçilib

Milli Paralimpiya Komitəsinin IV hesabat seçki Konqresi keçirilib. APA-nın məlumatına görə, Konqresdə Milli Paralimpiya Komitəsinin Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi və Komitənin növbəti 4 il üçün (2013 – 2016-ci illər) strateji fəaliyyət Planı müzakirə edilərək müvafiq qərarlar qəbul edilib.

Milli Paralimpiya Komitəsinin IV Konqres nümayəndələri “2013-cü il Prezident seçkilərində cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə” Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultay nümayəndələrinin təşəbbüsünə qoşulması barədə qərar qəbul edib və ölkədə fəaliyyət göstərən bütün qeyri-hökümət təşkilatlarını Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultay nümayəndələrinin təşəbbüsünə qoşulmağa çağırıb.

Müzakilələrdə Komitənin İcraiyyə Komitəsinin və Milli məclisin üzvü Rauf Əliyev, Komitənin İcraiyyə Komitəsinin üzvü, “Neftçi” İSM-nın icraçı direktoru Sadıx Sadıxov, Komitənin İcraiyyə Komitəsinin sədri,Gözdən Əlillər Cəmiyyətinin prezidenti Səmyar Abdullayev, XIV London Yay Paralimpiya Oyunlarının qalibi Afaq Sultanova, XIV London Yaya Paralimpiya Oyunlarının bürünc medalçısı Hüseyn Həsənov, baş məşqçilər İbrahim İbrahimov, Sergey Təhməzov və Alaverdi Culfayev çıxış ediblər.

Konqresdə Komitənin rəhbər orqanlarına seçkilər keçirilmişdir. İlqar Rəhimov yenidən Milli Paralimpiya Komitəsinin prezidenti seçilib. Natiq Qasımov Komitənin birinci vitse prezidenti, Şaiq Həmidov vitse prezident, Afiq Süleymanov isə Komitənin Baş Katibi vəzifəsinə seçiliblər.