15:26 11-02-2013
news_image
1095
DÖYÜŞ NÖVLƏRİ

Taekvondoçularımız İsveçdə daha 2 qızıl medal qazandılar - FOTO

Azərbaycanın taekvondo üzrə gənclərdən ibarət seçmə komandası İsveçdə keçirilən “Trelleborq Open” turnirində çıxışını başa vurub. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, idmançılarımız yarışın son günü daha 2 medal qazanıblar.

Belə ki, ilk gün Nərminə Məmmədovanın (44 kq) qızıl, Tağı Tağızadə (45 kq) və Məhəmməd Məmmədovun (55 kq) bürünc medalının ardından yarışın axırıncı günü Ayxan Tağızadə (63 kq) və Səid Quliyev (73 kq) fəxri kürkünün ən yüksək pilləsinə qalxıblar.

Beləliklə, ənənəvi “Trelleborq Open” turnirinin daimi favoritlərindən sayılan Azərbaycan taekvondoçuları bu dəfə 3 qızıl və 2 bürünc medal qazanmaqla, turniri yüksək pillələrdə başa vurublar. Daha 5 idmançımız isə mübarizəni 1/4 finalda dayandırmaqla ən azı bürünc medal şansını əldən verib.

Qeyd edək ki, yarışın ilk günü Nərminə Məmmədova (44 kq) qızıl, Tağı Tağızadə (45 kq) və Məhəmməd Məmmədov (55 kq) isə bürünc mükafata sahib olub. Baş məşqçi Məmməd Abdullayev və heyətin böyük məşqçisi Zahid Məmmədovun rəhbərliyi ilə 2013-cü ilin ilk beynəlxalq turnirdə çıxışını başa vuran Azərbaycan taekvondoçuları fevralın 12-də Bakıya qayıdacaqlar.