10:21 11-02-2013
news_image
977
STOLÜSTÜ OYUNLAR

Əlavə göstəricilər Rauf Məmmədovu medaldan etdi

Moskvada şahmat üzrə ənənəvi “Aeroflot Open” turnirinin əsas yarışı başa çatıb. Apasport.az saytının məlumatına görə, A turnirində Azərbaycanı təmsil edən zəka sahiblərindən heç biri mükafata layiq yer tuta bilməyib.

Komandamızın lideri Rauf Məmmədov 9 görüşdən 7 xal toplasa da, 2-3-cü yerləri tutan Yan Nepomyanşi və Pavel Maletindən (hər ikisi Rusiya) əlavə göstəricilərə görə geri qalıb və 4-cü olub. Çempion adına 7,5 xalla Boris Savçenko (Rusiya) layiq görülüb.

Digər şahmatçılarımıza gəlincə, Qədir Hüseynov 14-cü (6,5 xal), Vasif Durarbəyli 25-ci (6), Bəhruz Rzayev 59-cu (5,5), Ülvi Bacarani 132-ci (4) və Xəyalə Abdulla 194-cü (3) yerdə qərarlaşıb.

Qeyd edək ki, “Aeroflot Open”də bu gün istirahətdir. Sabahdan sürətli şahmat, blits turnir, olimpiya sistemi üzrə yarış və sonda bu turnirlərin qalibləri və 8 ən güclü şahmatçının iştirakı ilə birincilik olacaq.