17:56 11-02-2013
news_image
992
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov Moskvada

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Moskvada keçirilən “Aeroflot Open”də iştirak edəcək. Apasport.az saytının məlumatına görə, şahmatçımız yarışa dəvət olunan 8 ulduz arasında yer alıb. Təmsilçimiz turnirin blits və yekun final yarışında qüvvəsini sınayacaq.

Digər 9 zəka sahibimizin də qatılacağı hər 2 yarışdan birincisi fevralın 12-13-də, yekun final yarışı isə fevralın 16-17-də olacaq. Sonuncu turnirdə 8 dəvətli ilə yanaşı, “Aeroflot Open”in digər yarışlarında ilk 8 yeri tutacaq gənclər də güclərini sınayacaqlar. Qaliblər İsveçrə sistemi üzrə 9 turda mübarizə aparacaqlar.