10:19 12-02-2013
news_image

Məmmədovun ilk sınağı

Fevralın 15-dən 17-dək Bolqarıstanın Plovdiv şəhərində beynəlxalq turnir keçiriləcək. Apasport.az saytının məlumatına görə, sərbəst, yunan-Roma və qadın güləşi üzrə təşkil ediləcək yarışlarda ölkəmizi yalnız qadın idmançılar təmsil edəcək.

Yeni baş məşqçi Yaqub Məmmədov və məşqçi Aslan Ağayevin rəhbərliyi altında yığmanın 10 üzvü turnirdə iştirak edəcək. Heyətdə Patimat Baqomedova, Şəfəq Muradzadə (hər ikisi 48 kq), Anjela Doroqan (51 kq), Yarina Dubovska (55 kq), Alyona Kolesnik, İrina Netreba (hər ikisi 59 kq), Anna Belyayeva (63 kq), Natalya Palamarçuk (67 kq), Dina İvanova və Səbirə Əliyeva (hər ikisi 72 kq) yer alıb.