13:46 12-02-2013
news_image

“Azərbaycan yığmasına lidersiz qalib gəlmək mümkün deyil”

Sərbəst güləş üzrə Rusiya yığmasının böyük məşqçisi Mairbek Yusupov fevralın 19-20-də İranda keçiriləcək Dünya Kuboku ilə bağlı fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis bu yarışa qatılacaq Azərbaycan millisini güclü rəqib sayır.

Belə ki, Yusupov Dünya Kubokunu qazanmaq üçün Tehrana əsas heyətlə getməyin vacibliyini önə çəkib. Əks halda favorit saydığı Azərbaycanla İrana qalib gəlmələri mümkün olmayacaq: “Biz yaxşı başa düşürük ki, İrandakı Dünya Kubokunu qazanmaq asan olmayacaq. Bunun üçün bütün resurslarımızı bir yerə cəmləşdirməliyik. Belə yarışlarda komandalar hər çəkidə 2 güləşçi ilə çıxış etmək hüququna malikdir. Ancaq Azərbaycan və İran kimi güclü rəqiblərlə qarşılaşmalarda 1 nömrələrsiz – lidersiz keçinmək mümkün deyil. Həmin görüşlərdə uğur qazanmaq üçün heyətdə ən azı 4 idmançı olmalıdır”.