10:24 14-02-2013
news_image
1037
DÖYÜŞ NÖVLƏRİ

Azərbaycan yığması Qazaxıstanla görüş üçün heyətini açıqladı

Boks üzrə Azərbaycan millisi bu gün Qazaxıstanda ilk döyüşünə çıxacaq. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yerli vaxtla saat 17:00-da başlayacaq görüşdə yığmamızın rəqibi Qazaxıstan olacaq. Artıq hər 2 komandanın heyəti açıqlanıb. Baş məşqçi Vladimir Zolotaryov Qazaxıstan millisi ilə döyüşdə bu idmançılara şans verəcək:

49 kq – Münasib Məmmədov – Azərbaycan çempionatının finalçısı (2013-cü il)
52 kq – Əbdürrəhman Şirinov - Azərbaycan çempionatının finalçısı (2013), Umaxanov turnirinin qalibi (Dağıstan, 2012)
52 kq – Kamran Məlikov – Azərbaycan çempionatının finalçısı (2013)
56 kq – Samir Məmmədov – Dünya çempionatının bürünc mükafatçısı (Çikaqo, 2007), Pekin Olimpiadasının iştirakçısı, Azərbaycan çempionu (2013)
56 kq – İlkin Ağayev – Azərbaycan çempionatının finalçısı (2013)
60 kq – Elvin İsayev – 19-22 yaşlılar arasında Avropa çempionatının qalibi (Kalininqrad, 2012), Azərbaycan çempionatının finalçısı (2013)
60 kq – Şaban Şahpələngov – Azərbaycan çempionu (2013), gənclər arasında dünya çempionu (2010)
64 kq – Heybətulla Hacəliyev – Avropa çempionatının bürünc mükafatçısı (Ankara, 2011), Azərbaycan çempionu (2013)
69 kq – Tamerlan Abdullayev – Azərbaycan çempionu (2013), tələbələr arasında dünya çempionatının finalçısı (Bakı, 2012)
75 kq – Sultan Migitinov – Azərbaycan çempionu (2013), London Olimpiadasının iştirakçısı
75 kq – Emil Əhmədov – Azərbaycan çempionatının mükafatçısı (2013)
81 kq – Rauf Rəhimov – Azərbaycan çempionu (2013), Gənclər arasında Avropa çempionu (2011)
91 kq – Teymur Məmmədov – London Olimpiadasının bürünc mükafatçısı, dünya çempionatının gümüş mükafatçısı (2011), Avropa çempionu (2011)
+91 kq – Kamran Mehdiyev – Azərbaycan çempionu (2013)
+91 kq – Əsxab Abdulxaliqov – Azərbaycan çempionatının finalçısı (2013)

Qazaxıstan komandasının heyəti:
49 kq – Birjan Jakipov – Dünya çempionatının bürünc mükafatçısı (2005), London Olimpiadasının iştirakçısı
52 kq – İlyas Süleymanov – London Olimpiadasının iştirakçısı
56 kq – Kayrat Yeraliyev – Qazaxıstan çempionu (2012)
60 kq – Berik Abdraxmanov – Qazaxıstan çempionu (2012)
64 kq – Merey Akşalov – Qazaxıstan çempionu (2012), Pekin Olimpiadasının iştirakçısı
69 kq – Daniyar Yeleusinov – London Olimpiadasının iştirakçısı, gənclər arasında dünya birinciliyinin gümüş mükafatçısı (2008)
75 kq – Janibek Alimxanulı – Qazaxıstan çempionu (2012)
81 kq – Adilbek Niyazimbetov – London Olimpiadasının gümüş mükafatçısı, dünya çempionatının finalçısı (2011)
91 kq – Anton Pinçuk – Qazaxıstan çempionu (2012)
+91 kq – İvan Dıçko – London Olimpiadasının bürünc mükafatçısı, dünya çempionatının bürünc mükafatçısı (2011).

Qeyd edək ki, yığmamız fevralın 15-də Ukrayna, 17-də isə Özbəkistan komandaları ilə qarşılaşacaq.