Məmmədovla Hüseynov növbəti mərhələdə
Rusiyanın paytaxtı Moskvada keçirilən şahmat üzrə “Aeroflot-rapid” turniri başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən Azərbaycan millisinin üzvlərindən Rauf Məmmədov yarışı 3-cü yerdə başa vurub.
Təmsilçimiz 9 turdan 7 xal toplayıb. İlk 2 yerdə müvafiq olaraq, qərarlaşan Qata Kamski (ABŞ) və Sənan Sjugirov (Rusiya) Məmmədovla eyni xal toplasalar da, əlavə göstəricilərə görə onu qabaqlayıblar. Turnirdə digər həmyerlimiz Qədir Hüseynov 6,5 xalla 11-ci yeri tutub.
Qeyd edək ki, qaydalara əsasən ilk “32-lik”də qərarlaşan şahmatçılar turnirin olimpiya sistemi üzrə keçiriləcək yarışına vəsiqə qazanıblar. Bu mübarizə isə sabah başlayacaq.