19:55 14-02-2013
news_image
854
STOLÜSTÜ OYUNLAR

Şahmat Olimpiadasına hazırlıqla bağlı Təşkilat Komitəsi yaradıldı - SİYAHI

Azərbaycan prezidenti İlham Əliyev 2015-ci ildə şahmat üzrə Dünya Kubokunun və 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasının Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncama əsasən 2015-ci ildə şahmat üzrə Dünya Kubokunun və 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasının Bakı şəhərində keçirilməsi üzrə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:

Təşkilat Komitəsinin sədri 
Yaqub Eyyubov
-
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Təşkilat Komitəsinin üzvləri 
Azad Rəhimov
-
Azərbaycan Respublikasının gənclər və idman naziri
Elman Rüstəmov
-
Azərbaycan Respublikası Mərkəzi Bankının sədri, Azərbaycan Şahmat Federasiyasının prezidenti
Hacıbala Abutalıbov
-
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Elmar Məmmədyarov
-
Azərbaycan Respublikasının xarici işlər naziri
Ramil Usubov
-
Azərbaycan Respublikasının daxili işlər naziri
Eldar Mahmudov
-
Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri
Samir Şərifov
-
Azərbaycan Respublikasının maliyyə naziri
Əbülfəs Qarayev
-
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Əli Abbasov
-
Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri
Oqtay Şirəliyev
-
Azərbaycan Respublikasının səhiyyə naziri
Rövnəq Abdullayev
-
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti
Aydın Əliyev
-
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Firudin Nəbiyev
-
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi
Mahir Məmmədov
-
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti
Faiq Həsənov
-
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti


Təşkilat Komitəsi 2015-ci ildə şahmat üzrə Dünya Kubokunun və 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasının Bakı şəhərində keçirilməsi ilə bağlı xüsusi Tədbirlər Planı hazırlasın və icra olunmasını təmin etməli, Nazirlər Kabineti isə bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.