13:51 15-02-2013
news_image

Millimizin üzvləri üçün uğursuz reytinq siyahısı

Beynəlxalq Сüdo Federasiyası Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə” turnirindən sonra reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahı Azərbaycan yığmasının aparıcı idmançıları üçün çox uğursuz alınıb.

Belə ki, yarışda fiaskoya uğrayan Peter Zayzenbaherin yetirmələrindən yalnız Nicat Şıxəlizadə (66 kq) irəliləməyi bacarıb. Yalnız 1 döyüşdə qələbə qazanan təmsilçimiz 26-cı yeri 24-cü yerə dəyişib.

İlqar Müşkiyevlə (60 kq) 3, Tərlan Kərimov (66 kq), Rüstəm Orucov (73 kq), Elmar Qasımov (100 kq), Ramilə Yusubova (63 kq) hərəyə 2, Elxan Məmmədovla (90 kq) Kifayət Qasımova (57 kq) hərəyə 1 rəqibini özündən irəli buraxıb. Yeni siyahıda cüdoçularımız müvafiq olaraq, 13-cü, 19-cu, 16-cı, 24-cü (hər üçü - Elmar, Ramilə, Elxan) və 14-cü yerdə qərarlaşıblar.

Olimpiya çempionumuz Elnur Məmmədlinin (81 kq) isə mövqeyi dəyişməz qalıb. O, yenə 14-cüdür.

Qeyd edək ki, bu idman növündə Olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən verilir.