11:52 18-02-2013
news_image

“Strandja”da 5 azərbaycanlı

Azərbaycan boksçuları Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək ənənəvi “Strandja” turnirində iştirak edəcəklər. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, fevralın 20-dən 23-dək davam edəcək yarışa 10-dək ölkənin qatılacağı gözlənilir.

Turnirdə 5 idmançımız mübarizə aparacaq. Millimizin heyətində ən təcrübəli boksçu gənclər arasında dünya birinciliyinin bürünc mükafatçısı, Yeniyetmələrin ilk Olimpiya oyunlarının finalçısı Elvin İsayevdir. 60 kq çəki dərəcəsində mübarizə aparacaq boksçu ötən il Rusiyanın Kalininqrad şəhərində keçirilmiş 19-22 yaşlıların Avropa çempionatının qalibi olmuşdu.

Komandamızın heyəti

49 kq – Münasib Məmmədov – Azərbaycan çempionatının finalçısı (2013)
52 kq – Əbdürrəhman Şirinov – Azərbaycan çempionatının finalçısı (2013)
56 kq – Cavid Çələbiyev – Azərbaycan çempionatının bürünc mükafatçısı (2013), Neft Ölkələrinin dünya kubokunun qalibi (2011)
60 kq – Elvin İsayev – Azərbaycan çempionatının finalçısı (2013), 19-22 yaşlılar arasında Avropa çempionu (2012)
69 kq – Bəhruz Babayev – Azərbaycan çempionatının finalçısı (2013)