18:31 18-02-2013
news_image

Dünya kubokunda rəqiblərimiz bəlli oldu

Fevralın 19-da İranın paytaxtı Tehranda start götürəcək yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kubokunun püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması Türkiyə, İran, Qazaxıstan və Macarıstanla birgə B qrupunda yer alıb. A qrupunda isə Rusiya, Bolqarıstan, Belarus, Koreya və Ermənistan komandaları mübarizə aparacaq.

Qeyd edək ki, Azərbaycan güləşçiləri ilk görüşünü Türkiyə yığmasına qarşı keçirəcək. Görüşlər Bakı vaxtı ilə səhər saat 10.00-da başlayacaq.