21:27 19-02-2013
news_image
4864
DÖYÜŞ NÖVLƏRİ

Millimiz Türkiyə və İrana uduzub, macarlara şans vermədi

İranın paytaxtı Tehranda yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kubokuna start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması ilk qarşılaşmasını Türkiyəyə qarşı keçirib.

Millimiz qardaş ölkənin güləşçilərinə 3:4 hesabı ilə məğlub olub. Yığmamız daha sonra iranlılar qarşısında aciz qalıb. Meydan sahibləri bahadırlarımızı 5:2 hesabı ilə üstələyib.

Güləşçilərimizin bugünkü sonuncu rəqibi Macarıstan millisi olub. Yığmamız bu dəfə macarlara şans verməyib – 7:0.

Qeyd edək ki, komandamızın qrupdakı sonuncu rəqibi Qazaxıstanla görüşü sabah baş tutacaq.

Reqlamentə görə, qrupun qalibləri finalda, qrup ikinciləri isə 3-cülük uğrunda görüşəcək.


AZƏRBAYCAN - TÜRKİYƏ - 3:4

55 kq - Eldəniz Əzizli - Fatih Üçüncü - 3:0, 1:0
60 kq - Taleh Məmmədov - Mevlut Arık - 5:0, 1:0
66 kq - Rəsul Çunayev - Yüksel Atakan - 0:3, 0:1
74 kq - Şamil Ertuqanov - Şeref Tüfeng - 0:1, 0:4
84 kq - Rafiq Hüseynov - Selçuk Cebi - 0:1, 0:1
96 kq - Şalva Qadabadze - Cenk İldem - 1:0, 1:0
120 kq - Radomir Petkoviç - Rza Kayaalp - 0:1, 0:2

AZƏRBAYCAN - İRAN - 2:5
55 kq - Eldəniz Əzizli - Möhsün Hüseyn Hacı Pur - 2:0, 0:2, 1:3
60 kq - Sakit Cəlilov - Əbdülməhəmməd Papi - 1:3, 0:1
66 kq - Rəsul Çunayev - Əli İsmayıl Məhəmmədi - 2:0, 0:2, 1:0
74 kq - Niyaməddin İbrahimov - Fərşad Əlizadə Kalehkeşi - 0:1, 0:4
84 kq - Rafiq Hüseynov - Talib Nəriman Nemətpur - 0:1, 1:0, 0:1
96 kq - Şalva Qadabadze - Mehdi Əliyari - 0:1, 1:0, 1:0
120 kq - Radomir Petkoviç - Bəşir Əsgəri Babacanzadə Dərzi - 0:1, 0:1

AZƏRBAYCAN - MACARISTAN - 7:0
55 kq - Güləşçi çıxmayıb - Eldəniz Əzizli 0:5
60 kq - Mate Krasznai - Taleh Məmmədov 0:1, 0:7
66 kq - Kriştian Jager - Rəsul Çunayev 0:1, 1:6
74 kq - Balint Korpasi - Şamil Ertuqanov 0:1, 0:1
84 kq - Viktor Lorincz - Rafiq Hüseynov 0:5, tuşe
96 kq - Girgi Rizmajer - Saman Təhmasibi 1:0, 0:2, 0:3
120 kq - Balint Lam - Radomir Petkoviç 2:0, 0:2, 0:3

AZƏRBAYCAN - QAZAXISTAN (20 fevralda keçiriləcək)


Türkiyə - İran – 3:4
Qazaxıstan – Macarıstan – 4:3
İran-Qazaxıstan - 6:1
Macarıstan-Türkiyə- 0:7
Qazaxıstan-Türkiyə - 1:6
İran-Macarıstan