10:52 19-02-2013
news_image
1195
DÖYÜŞ NÖVLƏRİ

Elnur Məmmədlinin ilk sınağı

Fevralın 23-də və 24-də Almaniyanın Düsseldorf şəhərində keçiriləcək Qran-pri turnirində iştirak edəcək Azərbaycan cüdoçularının adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, yarışda avstriyalı baş məşqçi Peter Zayzenbaherin rəhbərliyi altında 8 idmançımız mübarizə aparacaq.

Təcrübəli mütəxəssisin açıqladığı heyət yeniliklərlə diqqət çəkib.

Belə ki, Zayzenbaher 90 kq çəki dərəcəsində yığmamızın 1 nömrəsi Elxan Məmmədovu daha ağır – 100 kq çəki dərəcəsində sınayacaq. O, həmçinin London Olimpiadasından sonra ilk dəfə Elnur Məmmədliyə (81 kq) şans verib. Almaniyada bu 2 titullu idmançımızla yanaşı, Orxan Səfərov (60 kq), Tərlan Kərimov, Nicat Şıxəlizadə (hər ikisi 66 kq), Rüstəm Alimli (81 kq), Şəhməd Məhəmmədov və Şahin Qəhrəmanov (hər ikisi 90 kq) nəyə qadir olduqlarını göstərəcəklər.