Təmsilçimiz Kann festivalına yollanır
Fevralın 25-də Fransada Kann şahmat festivalı start götürəcək. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanlı qrossmeyster Eltac Səfərli də iştirak edəcək. O, festivalın qalibi olacağı halda 2 min 200 avro qazanacaq.
Martın 3-ə kimi davam edəcək yarışda təmsilçimiz reytinqinə görə üçüncüdür. Onu fransalı Vladislav Tkaçevlə moldovalı Viorela Yordakesku qabaqlayır.