14:18 20-02-2013
news_image
2666
DÖYÜŞ NÖVLƏRİ

Azərbaycan Dünya Kubokunda 7-ci oldu

Azərbaycan yığması İranın paytaxtı Tehranda keçirilən yunan-Roma güləşi üzrə Dünya Kubokunda çıxışını başa vurub. Apasport.az saytının məlumatına görə, millimiz yarışı 7-ci yerdə tamamlayıb.

Turnirin ilk günündə Macarıstana qalib gəlib (7:0), Türkiyə (3:4) və İran (2:5) uduzan komandamız qrup mərhələsinin son qarşılaşmasında Qazaxıstanla qarşılaşıb.

Yığmamız üçün təsəlli xarakteri daşıyan qarşılaşma komandamızın 2:5 hesablı məğlubiyyəti ilə başa çatıb. Nəticədə güləşçilərimiz qrupda 4-cü yeri tutublar və reqlamentə əsasən A qrupunda onlarla eyni mövqedə qərarlaşan Belarusla üz-üzə gəliblər. Görüş isə yığmamızın 6:1 hesablı qələbəsi ilə başa çatıb.


B qrupu

20 fevral


QAZAXISTAN - AZƏRBAYCAN - 5:2
55 kq - Janserik Şrsenbiyev - Eldəniz Əzizli - 2:5, 0:7
60 kq - Almat Kebispayev - Taleh Məmmədov - 7:1, 6:0
66 kq - Yerbol Koniratov - Rəsul Çunayev - 0:6, 1:0, 2:0
74 kq - Dosjan Kartikov - Şamil Ertuqanov - 1:0, 0:1, 0:2
84 kq - Alxazur Ozdiyev - Rafiq Hüseynov - 4:0, 1:0
96 kq - Yerulan İskakov - Saman Təhmasibi - 5:0, 0:2, 2:0
120 kq - Murmaxan Tinaliyev - Radomir Petkoviç - 2:0, 1:0

AZƏRBAYCAN - TÜRKİYƏ - 3:4
AZƏRBAYCAN - İRAN - 2:5
AZƏRBAYCAN - MACARISTAN - 7:0
Türkiyə - İran – 3:4
Qazaxıstan – Macarıstan – 4:3
İran-Qazaxıstan - 6:1
Macarıstan-Türkiyə- 0:7
Qazaxıstan-Türkiyə - 1:6
İran-Macarıstan - 7:0

Turnir cədvəli: İran – 8 xal, Türkiyə - 6, Qazaxıstan – 4, Azərbaycan – 2, Macarıstan – 0

A qrupu
Rusiya - Bolqarıstan - 7:0
Cənubi Koreya - Belarus - 5:2
Rusiya - Ermənistan - 5:2
Belarus - Bolqarıstan - 5:2
Cənubi Koreya - Rusiya - 0:7
Ermənistan - Bolqarıstan - 7:0
Belarus - Rusiya - 2:5
Ermənistan - Cənubi Koreya - 5:2
Bolqarıstan - Cənubi Koreya – 2:5
Belarus - Ermənistan – 2:5


Turnir cədvəli: Rusiya - 8, Ermənistan - 6, Cənubi Koreya – 4, Belarus - 2, Bolqarıstan - 0.


7-ci yer uğrunda

BELARUS - AZƏRBAYCAN - 1:6
55 kq - Elbek Tajiyev - Eldəniz Əzizli - 0:1, 0:2
60 kq - Maksim Kazarski - Taleh Məmmədov - 0:1, 1:0, 0:1
66 kq - Mixail Semyonov - Rəsul Çunayev - 2:0, 0:4, 0:2
74 kq - Aleksandr Dzemyanoviç - Niyaməddin İbrahimov - 2:0, 1:3, 3:0
84 kq - Aleksandr Kikinyov - Rafiq Hüseynov - 0:1, 1:0, 0:1
96 kq - Sergey Staradub - Şalva Qadabadze - 1:2, 0:2
120 kq - Kiril Xrişçanka - Radomir Petkoviç - 0:1, 0:2