20:33 21-02-2013
news_image
4869
DÖYÜŞ NÖVLƏRİ

Güləşçilərimiz qazaxıstanlılara uduzdu, son rəqib Türkiyədir - YENİLƏNİB

Tehranda sərbəst güləş üzrə Dünya Kubokuna start verilib. Apasport.az saytının məlumatına görə, turnirdə meydan sahibləri ilə yanaşı, Azərbaycan, Rusiya, ABŞ, Gürcüstan, Qazaxıstan, Yaponiya, Belarus, Bolqarıstan və Türkiyə milli komandaları mübarizə aparırlar.

Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan yığması Rusiya, Türkiyə, Belarus və Qazaxıstanla birgə A yarımqrupunda, İran, Bolqarıstan, ABŞ, Yaponiya və Gürcüstan B yarımqrupunda yer alıb.

Dünən başa çatan yunan-Roma güləşi üzrə analoji yarışda olduğu kimi, yarımqrupun liderləri finalda, qrup ikinciləri isə, üçüncülük uğrunda ü-üzə gələcək.

Azərbaycan millisi ilk görüşünü Rusiya yığmasına qarşı keçirib. Komandamız qarşılaşmaya təmiz qələbə ilə başlasa da, sonda böyük hesabla məğlub olub – 1:6. II turdakı gərgin qarşılaşmada isə güləşçilərimiz Belarusdan üstün olub – 4:3. Bu cütün taleyi son görüşdə müəyyənləşib. Yığmamız III turda Qazaxıstanla qarşılaşıb. Ancaq bu dəfə də güləşçilərimiz rəqiblərindən üstün ola bilməyiblər. Yarımqrupda son görüş Türkiyə yığmasına qarşı keçiriləcək.

A yarımqrupu

AZƏRBAYCAN - RUSİYA 1:6

55 kq - Qalib Əliyev - Nariman İsrapilov - 5:0, tuşe
60 kq - Ağahüseyn Mustafayev - Aleksandr Boqomoev - 0:1, 2:1, 1:3
66 kq - Ruslan Dibirhacıyev - Soslan Ramonov - 1:2, 1:0, 0:4
74 kq - Əşrəf Əliyev - Kaxaber Xubejti - 1:0, 2:3, 1:2
84 kq - İlya Xamikoyev - Maqomed İbraqimov - 0:2, 1:4
96 kq - Aslanbek Alborov - Yuriy Belonovskiy - 3:0, 0:1, 0:3
120 kq - Əli İsayev - Feliks Tsarikayev - 0:3, 0:3

AZƏRBAYCAN - BELARUS - 4:3
55 kq - Mahmud Məhəmmədov - Vladislav Andreyev - 1:0, 1:0
60 kq - Ağahüseyn Mustafayev - Sergey Yermakov - 6:0, 3:0
66 kq - Ruslan Dibirhacıyev - Aleksandr Kontoyev - 1:0, 5:0
74 kq - Əşrəf Əliyev - Ali Şabanov - 0:2, 0:3
84 kq - İlya Xamikoyev - Əmir Məhəmmədov - 1:1, 1:4
96 kq - Aslanbek Alborov - İvan Yankovski - 0:3, 0:2
120 kq - Aslan Dzebişov - Vadim Şvedov - 1:0, 4:0

QAZAXISTAN - AZƏRBAYCAN - 5:2
55 kq - Şokan Çingizov - Qalib Əliyev
60 kq - Sayatbek Okassov - Ağahüseyn Mustafayev
66 kq - Dovran Junaqazıyev - Ruslan Dibirhacıyev
74 kq - Oljas Çingizbayev - Əşrəf Əliyev
84 kq - Semyon Semyonov - İlya Xamikoyev
96 kq - Əlixan Cumayev - Aslanbek Alborov
120 kq - Dövlət Şaranbay - Aslan Dzebişov

AZƏRBAYCAN - TÜRKİYƏ

Türkiyə - Belarus - 3:4
Qazaxıstan - Rusiya - 0:7
Türkiyə - Rusiya - 3:4
Belarus - Rusiya - 1:5
Türkiyə - Qazaxıstan – 6:1
Belarus - Qazaxıstan