11:31 21-02-2013
news_image

Daha 2 boksçumuz “Strandja” turnirində qələbə qazandı

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə beynəlxalq “Strandja” turniri davam edir. Apasport.az saytının xəbərinə görə, yarışın ilk günündə milli komandamızın 4 üzvü mübarizəyə qoşulub.

Günorta proqramında Cavid Çələbiyev (56 kq) və Bəhruz Babayev (69 kq) güclərini sınayıblar. Çələbiyev qalib gəlsə də, Babayev mübarizəni dayandırıb.

Axşam proqramında isə daha ili boksçumuz rinqə çıxıb. Komandamızın gənc üzvü Münasib Məmmədov (49 kq) təcrübəli Bolqarıstan idmançısı George Andonov üzərində qələbə qazanıb – 15:10. Həmyerlimiz yarımfinalda daha bir yerli boksçu – Tinko Banabakovla üz-üzə gələcək.

Bu yarışda 64 kq çəki dərəcəsində yarışan Elvin İsayev də qələbə ilə başlayıb. Millimizin üzvü ukraynalı Dmitro Qrinçenonu üstələyib – 15:7. İsayev bu gün keçiriləcək ¼ final mərhələsində özbəkistanlı Şaxram Qiyasovla qarşılaşacaq.

Turnirə fevralın 23-də yekun vurulacaq.