13:41 22-02-2013
news_image
1339
DÖYÜŞ NÖVLƏRİ

Yığmamız sonuncu olmaqdan qaçdı - YENİLƏNİB

Azərbaycan millisi Tehranda keçirilən sərbəst güləş üzrə Dünya Kubokunda çıxışını yekunlaşdırıb. Apasport.az saytının məlumatına görə, yığmamız yarışı 9-cu pillədə başa vurub.

Belə ki, yarışın ilk günündə qrup mərhələsi çərçivəsində Rusiya (1:6) və Qazaxıstana (2:5) uduzub, yalnız Belarusa qalib gələn (4:3) komandamız bu gün Türkiyəyə qarşı mübarizə aparıb. Görüş təmsilçimiz üçün uğursuz alınıb və rəqib 5:2 hesabı ilə qələbə qazanıb.

Nəticədə əlavə göstəricilərə görə qrup mərhələsini sonuncu yerdə başa vuran yığmamız B qrupunun axırıncısı Bolqarıstanla qarşılaşıb. Bu dəfə həmyerlilərimiz rəqiblərinə heç bir şans verməyərək, 7:0 hesabı ilə qalib gəliblər. Beləliklə, komandamız 10 komanda arasında sonuncu olmaqdan qaçıb.

Qeyd edək ki, yunan-Roma güləşçilərimiz Dünya Kubokunu 7-ci yerdə başa vurmuşdu.


AZƏRBAYCAN - TÜRKİYƏ - 2:5
55 kq - Mahmud Məhəmmədov - Sezer Akgül - 0:1, 0:1
60 kq - Ağahüseyn Musatafayev - Munir Recep Aktaş - 0:2, 0:1
66 kq - Ruslan Dibirhacıyev - Yakup Gör - 1:0, 0:1, 1:2
74 kq - Əşrəf Əliyev - Abdulkadir Özmen - 1:0, 1:1
84 kq - İlya Xamikoyev (zədələndiyindən görüşə çıxmayıb) - Hakkı Ceylan
96 kq - Aslanbek Alborov - Faruk Akkoyun - 1:0, 5:0
120 kq - Əli İsayev - Taha Akgül - 0:1, 0:1

AZƏRBAYCAN - RUSİYA 1:6
AZƏRBAYCAN - BELARUS - 4:3
QAZAXISTAN - AZƏRBAYCAN - 5:2
Türkiyə - Belarus - 3:4
Qazaxıstan - Rusiya - 0:7
Türkiyə - Rusiya - 3:4
Belarus - Rusiya - 1:5
Türkiyə - Qazaxıstan – 6:1
Belarus - Qazaxıstan - 4:3


Turnir cədvəli: Rusiya – 8 xal, Belarus, Türkiyə - 4, Qazaxıstan Azərbaycan - 2.

9-cu yer uğrunda
AZƏRBAYCAN - BOLQARISTAN - 7:0
55 kq - Mahmud Məhəmmədov - Mehmet Zeyti Ferahim - 6:0, 8:0
60 kq - Ağahüseyn Mustafayev - Stefan Qantsev İvanov - 7:1, 7:0
66 kq - Ruslan Dibirhacıyev - Nikolay Quşev Kortev
74 kq - Əşrəf Əliyev - Miroslav Stefanov Kirov
84 kq - İlya Xamikoyev - Rəqibi olmayıb
96 kq - Aslanbek Alborov - Rəqibi olmayıb
120 kq - Aslan Dzebişov - Rəqibi olmayıb