10:24 22-02-2013
news_image
1780
STOLÜSTÜ OYUNLAR

“Ən bahalı avtomobillər azərbaycanlı şahmatçılardadır”

Rusiyalı qrossmeyster Sergey Karyakin dünya şahmatçıları arasında ən bahalı avtomobillərin sahiblərinin açıqlayıb. Apasport.az saytının məlumatına görə, tanınmış zəka sahibi azərbaycanlı həmkarlarının ən dəbdəbəli maşınları sürdüyünü bildirib.

Onun sözlərinə görə, Azərbaycanda şahmata böyük diqqət və qayğı var: “Şahmatçılar arasında ən bahalı avtomobillər azərbaycanlılara məxsusdur. Şəhriyar Məmmədyarov “Jaguar”da, Teymur Rəcəbov isə “Porsche Cayenne”də gəzir. Hazırda Azərbaycan xüsusi diqqət var. Bu, dövlət və şəxsən ölkə prezidentinin dəstəyi sayəsindədir”.

Qeyd edək ki, Azərbaycan idmançıları arasında da ən bahalı maşın məhz Şəhriyara məxsusdur.