15:55 22-02-2013
news_image

Yığmamız təlim-məşq toplanışında

Taekvondo üzrə yeniyetmələrdən ibarət Azərbaycan yığması gücləndirilmiş təlim-məşqlərə başlayıb. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, baş məşqçi Səbuhi Zülfüqarov və komandanın böyük məşqçisi Sənan Həşimovun rəhbərliyi ilə hazırlıqlarda 20 oğlan və 4 qız idmançı iştirak edir. Fevralın 18-də başlanan 10 günlük fiziki təlim-məşqlər gün ərzində iki dəfə keçirilir.

Gündüz 10-12 saatlarınatəyin edilən birinci hissəyə Tofiq Bəhramov adına Respublika stadionunda surət və dözümlülük məqşləri, Azərbaycan Taekvondo Federasiyasının təlim-məşq zalında 17-19 saatlarında keçirilən növbəti hissəyə isə əsasən texnki hazırlıqlar daxildir.

Qeyd edək ki, yeniyetmə taekvondoçuların il ərzində bir sıra turnirlər gözləyir. Bu yaş qurupunda ilk yarış aprelin əvvəlində Belçikanın açıq birinciliyi, ondan bir qədər əvvəl isə Türkiyədə birgə təlim-məşqlər və yoxlama görüşləri olacaq. Avqustun son günlərində Rumıniyanın paytaxtı Buxarestdə yeniyetmələrin növbəti Avropa çempionatı keçiriləcək.