21:02 23-02-2013
news_image
1311
DÖYÜŞ NÖVLƏRİ

Tərlan Kərimov 7-ci oldu - YENİLƏNİB

Bu gün Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə Qran-pri turnirinə start veriləcək. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə Azərbaycan millisinin 2 cüdoçusu tatamiyə çıxacaq.

60 kq
Bu çəki dərəcəsində Azərbaycanı təmsil edən Orxan Səfərov ilk döyüşündə kifayət qədər titullu fransalı Sofian Milousla qarşılaşıb. Döyüş həmyerlimiz üçün kifayət qədər çətin alınıb və o, ipponla uduzub.

66 kq
Səfərovdan fərqli, Tərlan Kərimov birinci mərhələdən azaddır. O, ilk qarşılaşmasında Hosem Xalfauini (Tunis) məğlub edən Bakdaulet Sabitovla (Qazaxıstan) qüvvəsini sınayıb. Döyüş təmsilçimizin inamlı qələbəsi ilə yekunlaşıb. Kərimov 156 saniyədə rəqibini ippona salıb.

Onun bu dəfə rəqibi belçikalı Kennet Van Qansbek olub. Tərlan ikinci qarşılaşmasında da gözəl döyüş nümayiş etdirib və 1/4 finala yüksəlmək üçün cəmi 134 saniyə rəqibinə qalib gəlib.

Kərimov yarımfinala gedən yolda gürcüstanlı Olimpiya çempionu Laşa Şavdatuaşvili ilə üz-üzə gəlib. Təəssüf ki, cüdoçumuz bu dəfə məğlub olub.

Buna baxmayaraq, təmsilçimiz təssəlliverici görüşlərə qatılıb. O, israilli Qolan Pollakla qarşılaşıb. Bu görüşdə də Tərlan rəqibinə məğlub olaraq turnirdə 7-ci yeri tutub.

Qeyd edək ki, sabah – Qran-prinin son günündə Peter Zayzenbaherin yetirmələrindən daha beşi mübarizəyə qoşulacaq. Elnur Məmmədli Adrian Nikolay Merc (Ruminya) - Tuvşinjarqal Qan (Monqolustan) cütünün qalibi ilə, Rüstəm Alimli (hər ikisi 81 kq) almaniyalı Sven Mareşlə, Şəhməd Məhəmmədov hollandiyalı Noel Van Tendlə, Şahin Qəhrəmanov (hər ikisi 90 kq) ispaniyalı David Ruis Zayacla, Elxan Məmmədov (100 kq) isə Napoleon Martorelli (Venesuela) – Pərviz Sabirov (Tacikistan) duelinin güclüsü ilə görüşəcək.