09:20 25-02-2013
news_image

Cüdoçularımız yenə medalsız qaldılar

Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə keçirilən Qran-pri turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda 7 idmançı ilə qüvvəsini sınayan Azərbaycan millisi vətənə medalsız qayıdıb.

Belə ki, Orxan Səfərov (60 kq) və Tərlan Kərimovun (66 kq) ardınca tatamiyə çıxan Olimpiya çempionumuz Elnur Məmmədli, Rüstəm Alimli (hər ikisi 81 kq), Şəhməd Məhəmmədov ilk, Şahin Qəhrəmanov (hər ikisi 90 kq) ikinci görüşündə məğlub olub.

Elxan Məmmədov (100 kq) isə yarımfinala kimi yüksəlib. Lakin o, burada Takaşi Onoya (Yaponiya) uduzaraq, bürünc medal uğrunda mübarizə aparıb. Təəssüf ki, həmyerlimiz bu dəfə də Kyeonqtae Kimlə bacarmayıb və turniri 5-ci yerdə başa vurub.

Qeyd edək ki, yarışın ilk günündə Kərimov 7-ci yeri tutmuşdu. Səfərov isə ilk cəhdindəcə Qran-pri ilə vidalaşmışdı.