18:59 26-02-2013
news_image
1074
DİGƏR NÖVLƏR

Daha bir idmançı olimpiya medalından imtina etdi

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) güləş idman növünü Olimpiada-2020-nin proqramından çıxarılması ilə bağlı tövsiyəsinə münasibətdə daha bir idmançı radikallıq nümayiş etdirib. Apasport.az saytının məlumatına görə, rusiyalı atlet Saqid Murtuzəliyev qazandığı ən böyük mükafat - olimpiya qızılından imtina etməyi qərara alıb.

2000-ci ildə Sidneydə keçirilən Yay Olimpiya Oyunlarında hamıdan güclü olan rusiyalı BOK-un qərarına etirazını belə izah edib: “Olimpiya medalını qaytarmaq qərarını asanlıqla vermədim. Lakin müəyyən düşüncələrdən sonra dahi bolqar güləşçisi Valentin Yordanov nümunəsi mənim üçün həlledici amil oldu. Bu addımı BOK-un güləşi olimpiadanın proqramında çıxarılması ilə bağlı tövsiyəsinə etiraz əlaməti olaraq atıram”.

Qeyd edək ki, 97 kq çəki dərəcəsində çıxış edən Saqid 1999-cu ildə dünya, 2000-ci ildə olimpiya çempionu olub.