11:09 27-02-2013
news_image
1193
DİGƏR NÖVLƏR

Kamerun və Azərbaycan milli olimpiya komitələri arasında müqavilə imzalanacaq

Mənzil-qərargahı Belçikada olan Beynəlxalq Hərbi İdman Şurasının prezidenti, Kamerun Milli Olimpiya və İdman Komitəsinin prezidenti Hamad Kalkaba Malbum Azərbaycana səfərə gəlib. Apasport.az saytının məlumatına görə, bir sıra hərbi məsələlərə dair fəaliyyət göstərən dövlət və qeyri-hökumət təşkilatları ilə görüşü planlaşdırılan Kalkaba mart 1-də Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə ilə görüşəcək.

Görüşdən sonra hər iki ölkənin Olimpiya Komitələri arasında əməkdaşlıq müqaviləsi imzalanacaq. Müqavilənin imzalanması mərasiminin ardından yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı təşkil ediləcək.

Qeyd edək ki, müqavilənin imzalanması mərasimi saat 12.00-da baş tutacaq.