12:00 27-02-2013
news_image

Taekvondoçularımız İsgəndəriyyədən 20 medalla qayıdırlar

Misirdə keçirilən “Alexandria Open” beynəlxalq taekvondo turnirinə yekun vurulub. Apasport.az saytının xəbərinə görə, Azərbaycan idmançıları yarışı 20 medalla başa vurublar.

İsgəndəriyyədə baş tutan turnirdə ümumilikdə 5 qızıl, 9 gümüş və 6 bürünc medala sahib olan millimiz komanda hesabında 1-ci pillən tutub.

Müxtəlif yaş qrupları üzrə keçirilən “Alexandria Open” turnirində 13 ölkədən 500-dək idmançı iştirak edib.