02:14 28-02-2013
news_image
811
DİGƏR NÖVLƏR

“Bavariya” növbəti mərhələdə

Almaniya kubokunda 1/4 final mərhələsinin oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, son matç günündə iki qarşılaşma baş tutub.

“Ştuttqart” evində aşağı liqa təmsilçisi “Bohum”u qəbul edib. Görüşdə meydan sahibləri hər hissədə vurduğu bir qolla növbəti mərhələyə keçib - 2:0.

Günün ən maraqlı oyunu Münhendə baş tutub. Burada işləri həm Bundesliqda, həm də Çempionlar Liqasında yaxşı gedən “Bavariya” Dortmund “Borussiya”sı ilə üz-üzə gəlib. Münhenlilər matçın 33-cü dəqiqəsində Aryen Robbenin vurduğu yeganə qolla rəqiblərini turnirdən uzaqlaşdırıb.

Qeyd edək ki, ötən gün “Frayburq” “Mayns”ı, “Volfsburq” isə “Kikkers Offenbak”ı üstələyərək adını növbəti mərhələyə yazdırmışdır.


Almaniya Kuboku

1/4 final mərhələsi

26 fevral

“Mayns” - “Frayburq” - 2:3
Parker, 3, Zimlinq, 4 - Santini, 86, Kaliqiyri, 90-pen; 108

“Kikkers Offenbak” - “Volfsburq” - 1:2
Stadel, 81 – Oliç, 49, Dost, 71

27 fevral

“Ştuttqart” - “Bohum” - 2:0
Qentner,18, İbişeviç, 81

“Bavariya” - “Borussiya” (Dortmund) - 1:0
Robben, 33