14:35 28-02-2013
news_image
1739
DİGƏR NÖVLƏR

Bakıda 640 milyon dollarlıq stadion!

Türkiyəli inşaatçılar 2 ay ərzində Türkiyədən kənarda 5 milyard dollarlıq layihəni həyata keçirməyi boyun olublar. Apasport.az saytının məlumatına görə, dünən “Tekfen” inşaat şirkəti də Bakıdakı Olimpiya stadionunu görəcəyi layihələr arasına salınca, rəqəm bu həddə çatıb.

Belə ki, “Hürriyət” qəzetinin əməkdaşı Məltəm Karanın məlumatına əsasən “Tekfen” şirkəti dünən 640 milyon dollarlıq layihə olan Bakı Olimpiya stadionunun inşaatı üçün SOCAR ilə müqavilə bağlayıb.

“Tekfen” şirkətinin özü də bu xəbəri təsdiqləyib. Şirkət tikintinin 24 ay çəkəcəyini və 2015-ci ilin martında başa çatacağını bildirib. İnşaat işlərinə martda start veriləcək.

Qeyd edək ki, adıçəkilən stadion 68 min tutuma malik olacaq.