15:38 28-02-2013
news_image
1429
STOLÜSTÜ OYUNLAR

Levon Aronyan: Azərbaycan güclü ölkədir!

“Dövlət həmişə beynəlxalq turnir keçirmək imkanına malik olmalıdır. Azərbaycan güclü şahmat ölkəsidir”. Apasport.az saytının məlumatına görə, bunu ermənistanlı qrossmeyster Levon Aronyan deyib.

Dünya reytinq siyahısında 3-cü pillədə olan Aronyan Azərbaycanda keçiriləcək Dünya Kuboku və Şahmat Olimpiadasında iştirakla bağlı danışıb.

O bildirib ki, Bakıda keçirilməli olan, lakin özünün imtinası üzündən baş tutmayan şahmat tacına iddiaçıların yarışından fərqli, bu dəfə ölkəmizə gəlmək istəyir.

Aronyan eyni zamanda gələcəkdə Azərbaycanla münasibətlərin qaydaya düşməsini arzulayır: “Ermənistan və Azərbaycan regionda şahmat sahəsində ən vacib ölkələr sayılır. Biz şahmat turnirlərini keçirə bilək, ancaq onlar yox? Bu, düzgün olmazdı. Ümid edirəm ki, ölkələrimiz qarşıdakı 3 il ərzində bir-birinə qarşılıqlı nifrətdən imtina edə biləcəklər. Fikrimcə, biz şahmatçılar mədəniyyətin bir qolu kimi buna kömək edə biləcəyik. Mən bu Olimpiadaya qatılmaq üçün öz tərəfimdən mümkün olan hər şeyi edərdim”.

Qeyd edək ki, Bakıda Dünya Kuboku 2015-ci ildə, Şahmat Olimpiadası 1 il sonra keçiriləcək.