10:25 01-03-2013
news_image
1216
STOLÜSTÜ OYUNLAR

Rəcəbov mövqeyini qorudu, Məmmədyarov irəlilədi

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, mart ayı üçün açıqlanan siyahının ilk “onluğ”unda 2 azərbaycanlı yer alıb.

Teymur Rəcəbov son aylarda olduğu kimi, yenə 4-cü pillədəki yerini qoruyub. Həmyerlimizin aktivində 2793 xalı var.

Ondan fərqli, Şəhriyar Məmmədyarov 1 rəqibini qabaqlayıb. Qrossmeysterimiz 2766 xalla 9-cu yerə yüksəlib. Hazırda müalicə olunan və yarışlara qatılmayan Vüqar Həşimov daha 1 pillə geriləyib. O, 2737 xalla 19-cu yeri tutur.

Yeni reytinq cədvəlində ilk “Top-100”ə isə daha bir həmyerlimiz daxil olub. Yığmamızın üzvü Rauf Məmmədov (2662) 83-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, ilk “üçlük”də dəyişiklik olmayıb. Yenə 25 yaşlı norveçli Maqnus Karlsenin (2872) başçılıq etdiyi siyahıda rusiyalı Vladimir Kramnik (2810) ikinci, ermənistanlı Levon Aronyan (2809) üçüncü pilləni tutub.