17:18 01-03-2013
news_image
1030
DİGƏR NÖVLƏR

Məhərrəm Əliyev Dubayda fərqləndi - FOTO

Dubayda keçirilən pauerliftinq üzrə “Faza” beynəlxalq turniri başa çatıb. Paralimpiya Komitəsindən apasport.az saytına verilən məlumata görə, yarışda iştirak edən Azərbaycan millisi vətənə 1 qızıl, 1 gümüş medalla qayıdıb.

Təmsilçilərimizdən Məhərrəm Əliyev (+107) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 107 kq çəki dərəcəsində yarışan Elşən Hüseynov isə 2-ci yeri tutub.