12:13 04-03-2013
news_image

“German Open” turnirində 18 azərbaycanlı

Taekvondo üzrə kişi və qadınlardan ibarət Azərbaycan yığmaları “German Open” turnirində qüvvəsini sınayacaq. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, komandamız yarışa 18 idmançı ilə qatılacaq.

Martın 8-dən 10-dək Hamburqda baş tutacaq turnirdə kişilərin mübarizəsində Samir Aydınov (54 kq), Samir Cavadlı (58 kq), Ramik Nəzərov, Səbuhi İsmayılzadə (hər ikisi 63 kq), Hüseyn Mehrəliyev, Fariz Əliyev (hər ikisi 68 kq), İlkin Şahbazov, Elvin Məmmədov (hər ikisi 74 kq), Ramin Əzizov (80 kq), Bayraməli Vəliyev və Fərid Tağızadə (hər ikisi 87 kq) gücünü yoxlayacaq.

Qadınların mübarizəsində isə ölkəmizin idman şərəfini Xəyalə Quliyeva (46 kq), Nübar Hacıyeva, Türkanə Tahirli (hər ikisi 49 kq), Aygül Abdullayeva (53 kq), Günay Ağakişiyeva (57 kq), Səbinə Mikayılova (62 kq) və Fəridə Əzizova (67 kq) qoruyacaqlar.