17:38 05-03-2013
news_image
906
DİGƏR NÖVLƏR

Azad Rəhimov qalmaqallı idmançıdan danışdı

Azərbaycan gənclər və idman naziri Azad Rəhimov moldovalı ağırlıqqaldıran Kristina Yovunun millimizin heyətinə cəlb olunmağına münasibət bildirib. Apasport.az saytının məlumatına görə, Rəhimov jurnalistlərə açıqlamasında London-2012-nin bürünc mükafatçısının gələcək taleyinə hələ aydınlıq gəlmədiyini deyib.

Onun sözlərinə görə, idmançı ilə bağlı tərəflər arasında danışıqlar davam edir: “Bu məsələ ilə bağlı Azərbaycan və Moldova Ağır Atletika Federasiyaları arasında danışıqlar aparılıb. Hazırda bunun detalları açıqlanmır. Biz nəticəni gözləyirik. İnanıram ki, sonda lazımı nəticəni əldə edəcəyik”.

Qeyd edək ki, az öncə Yovunun ölkəsinin Olimpiya Komitəsi tərəfindən İnterpola veriləcəyi bildirilsə də, Azərbaycan Ağır Atletika Federasiyasının icraçı-direktoru İsgəndər Əsgərov saytımıza açıqlamasında moldovalının Bakıda 3 aylıq təlim-məşq toplanışında olduğunu deyib.