18:07 05-03-2013
news_image
1929
DİGƏR NÖVLƏR

Bədən Tərbiyəsi və İdman Günü - FOTOSESSİYA

Bu gün Azərbaycanda “Bədən Tərbiyəsi və İdman Günü” qeyd olunur. Apasport.az saytının məlumatına görə, bu münasibətlə Bakıda bir sıra tədbirlər keçirilir.

Belə ki, idman ictimaiyyəti Fəxri Xiyabanda mərhum prezident Heydər Əliyevin məzarını ziyarət etdikdən sonra Dənizkənarı Parkda parad təşkil olunub. Burada ölkəmizdə fəaliyyət göstərən federasiyalar, Paralimpiya Komitəsi sıra ilə keçdikdən sonra nümunəvi çıxışlarla paytaxt sakinlərinə xoş anlar yaşadıblar.

Qeyd edək ki, parad bədii hissə ilə başa çatıb.