17:15 07-03-2013
news_image

Cüdoçularımız yenə öz ampluasında

Beynəlxalq Сüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, mart ayı üçün tərtib olunan cədvəldə Azərbaycan yığmasının aparıcı üzvlərindən irəliləyən olmayıb.

Belə ki, İlqar Müşkiyev (60 kq), Tərlan Kərimov, Nicat Şıxəlizadə (hər ikisi 66 kq), Elnur Məmmədli (81 kq) və Kifayət Qasımova (57 kq) mövqelərini qoruyublar. Onlar müvafiq olaraq, 13-cü, 18-ci, 21-ci, 20-ci və 15-ci yerdədirlər. Bu idmançılarımızdan fərqli, Rüstəm Orucov (73 kq), Elmar Qasımov (100 kq) və Ramilə Yusubova (63 kq) hərəyə bir rəqibini özlərindən irəli buraxıblar. Nəticədə cüdoçular müvafiq olaraq, 19-cu, 26-cı və 31-ci pilləyə eniblər.

Artıq yeni çəkidə mübarizəyə başlayan Elxan Məmmədov (100 kq) isə ilk “30-luğa” girməyi bacarıb. O, 29-cu yeri tutur.

Qeyd edək ki, bu idman növündə Olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən verilir.