22:40 09-03-2013
news_image
1174
DÖYÜŞ NÖVLƏRİ

Məcidov rəqibini yenə nokaut etdi

Bakı İdman Sarayında keçirilən boks üzrə “Böyük İpək Yolu” turnirində finalçılar bəlli olub. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, doqquz boksçumuz sabah keçiriləcək həlledici görüşdə iştirak etmək hüququ qazanıb.

Avropa çempionu Salman Əlizadə yarımfinalda çətinlik çəkmədən Qazaxıstan təmsilçisi Raşid Salautovu məğlub edib - 22:7.

2010-cu ilin Avropa çempionatının gümüş mükafatçısı, London Olimpiadasının iştirakçısı Elvin Məmişzadə də (52 kq) finala yüksəlib. Həmyerlimiz yarımfinalda qazaxıstanlı Nurqazi Jasipovu çətinliklə üstələyib - 13:11.

56 kq çəki dərəcəsində finalda iki Azərbaycan boksçusu – Samir Məmmədov və İlkin Ağayev üz-üzə gələcək. Son ölkə çempionatında da bu iki boksçu finalda qarşılaşmış və daha təcrübəli Məmmədov qalib gəlmişdi.

Avropa çempionatının bürünc mükafatçısı, London Olimpiadasının iştirakçısı Heybətulla Hacəliyev də finalda iştirak edəcək. Millimizin üzvü rusiyalı Maksud Aşxakxanov üzərində 17:13 hesabı ilə qələbə qazanıb.

Gənclər arasında Avropa çempionu Rauf Rəhimov yarımfinalda Qazaxıstan nümayəndəsi Azman Risbeki çətinliklə məğlub edib - 13:11. Onun finaldakı rəqibi özbəkistanlı Boburbek Yoldaşev olacaq.

Dünya çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov ikinci döyüşünü də nokautla başa vurub. Bu dəfə onun rəqibi Qazaxıstan idmançısı Kanşubek Kunkabayev olub. İkinci raunddan sonra Məcidov 1 xal fərqlə öndə olsa da, həlledici hissədə o rəqibini təslim olmağa məcbur edib.

Qeyd edək ki, Məcidov 1/8 finalda Gürcüstan boksçusu Mixail Baxtidze üzərində də aşkar üstünlüklə qələbə qazanmışdı.

Yarımfinal döyüşlərinin nəticələri:

49 kq
Raşid Salautov (Qazaxıstan) - Salman Əlizadə (Azərbaycan) - 7:22.
Bator Saqaluyev (Rusiya) – David Nanava (Gürcüstan) - sonuncu rinqə çıxmayıb.

52 kq
Nurqazi Jasipov (Qazaxıstan) - Elvin Məmişzadə (Azərbaycan) - 11:13.
Şaxobiddin Zoirov (Özbəkistan) - Əbdürrəhman Şirinov (Azərbaycan) - 8:3.

56 kq
Kamran Orucov (Azərbaycan) - Samir Məmmədov (Azərbaycan) - 12:14.
Georg Qoqatişvili (Gürcüstan) - İlkin Ağayev (Azərbaycan) - 9:12.

60 kq
Elnur Əliyev (Azərbaycan) – Burak Taştan (Türkiyə) - sonuncu zədələndiyindən döyüşü davam etdirə bilməyib.
Maksim Şmıqlov (Rusiya) - Jaksiluk Ilyasov (Qazaxıstan) - 17:12.

64 kq
Heybətulla Hacəliyev (Azərbaycan) - Maksud Aşxanov (Rusiya) - 17:13.
Salman İbrahimov (Azərbaycan) - Janibek Ajibay (Qazaxıstan) - 10:11.

69 kq
Orxan Şhabandiyev (Azərbaycan) – Boqdan Şelestyuk (Ukrayna) - sonuncu tam üstünlüklə qalib gəlib.
Madiyar Akseyev (Qazaxıstan) - Süleyman Sissoko (Fransa) - 15:9.

75 kq
Nurdavlet Jarmanov (Qazaxıstan) - Aziz Açilov (Türkmənistan) - 16:8.
Mehmed Başar Başak (Türkiyə) - Eldar Quliyev (Azərbaycan) - 6:8.

81 kq
Azman Risbek (Qazaxıstan) - Rauf Rəhimov (Azərbaycan) - 11:13.
Vətən Hüseynli (Azərbaycan) – Boburbek Yoldaşev (Özbəkistan) - birinci görüşə gəlməyib.

91 kq
Toğrul İsayev (Azərbaycan) - Sardor Yormukamedov (Özbəkistan) - 9:6.
Zelimxan Quşiqov (Qazaxıstan) - Mənsur Sərdalov (Rusiya) - 9:20.

+91 kq
Ali Baloyev (Qazaxıstan) - Aleksandr Babiç (Ukrayna) - 6:7.
Kansubek Kunkabayev (Qazaxıstan) - Məhəmmədrəsul Məcidov (Azərbaycan) sonuncu tam üstünlüklə qalib gəlib.