14:48 13-03-2013
news_image
1029
DÖYÜŞ NÖVLƏRİ

Avropa çempionu olmaq istəyənlər - SİYAHI

Martın 19-24-də Gürcüstanın paytaxtı Tiflisdə güləş üzrə keçiriləcək böyüklər arasında Avropa çempionatında iştirak edəcək Azərbaycan millilərinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, məşqçilər korpusu yarışa yollanacaq sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandaların heyətini müəyyənləşdirilib.

Sərbəst güləş üzrə yarışlarda ölkəmizi Yaşar Əliyev (55 kq), Hacı Əliyev (60 kq), Məhəmməd Müslümov (66 kq), Aleksandr Qostiyev (74 kq), Məhəmmədhacı Xatiyev (84 kq), Xetaq Qazyumov (96 kq) və Cəmaləddin Məhəmmədov təmsil edəcək. Yığma komanda baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında çempionata qatılacaq.

Qadın güləşi üzrə yığmanın heyətində Patimat Baqomedova (48 kq), Anjela Doroqan (51 kq), Yarina Dubovska (55 kq), Yuliya Ratkeviç (59 kq), Anna Belyayeva (63 kq), Natalya Palamarçuk (67 kq) və Səbirə Əliyeva (72 kq) yer alıb. Komandanı çempionata baş məşqçi Yaqub Məmmədov, böyük məşqçi Konstantin Konorev və məşqçi Aslan Ağayev hazırlaşdırır.

Yunan-Roma güləşi üzrə millinin baş məşqçisi Cəmşid Xeyrabadi və böyük məşqçi Nasir Nurbaxış Elçin Əliyev (55 kq), Kamran Məmmədov (60 kq), Həsən Əliyev (66 kq), Rafiq Hüseynov (74 kq), Saman Təhmasibi (84 kq), Şalva Qadabadze (96 kq) və Rodomir Petkoviçə (120 kq) şans verəcək.

Qeyd edək ki, çempionatın proqramına əsasən, martın 19-22-də sərbəst və qadın güləşi üzrə, 23-24-də isə yunan-Roma güləşi üzrə yarışlar keçiriləcək.