Naxçıvanda Beynəlxalq Festivalın vaxtı bilindi
Şahmat üzrə ənənəvi təşkil edilən “Naxçıvan Open”in keçirilmə tarixi bilinib. Apasport.az saytının məlumatına görə, mərhum prezident Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr ediləcək Beynəlxalq Festival aprelin 22-də start götürəcək.
Yarış mayın 1-nə kimi davam edəcək. Turnir İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq və festival çərçivəsində 3 yarış (A, B və C) gerçəkləşəcək.
Qeyd edək ki, açılış günü seans və blits turnir də keçiriləcək.