22:15 15-03-2013
news_image
2132
STOLÜSTÜ OYUNLAR

Rəcəbov yarım xalla başladı - YENİLƏNİB

Bu gün Böyük Britaniyanın paytaxtı Londonda şahmat üzrə iddiaçılar turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk turunda Azərbaycan qrossmeysteri Teymur Rəcəbov Boris Gelfandla qarşılaşıb.

İsrailli rəqibinə qarşı qara fiqurlarla oynayan təmsilçimiz turnirə heç-heçə ilə başlayıb.

Digər görüşlərdə də Levon Aronyan Maqnus Karlsenlə, Vasili İvançuk Aleksandr Qrişukla və Petr Svidler Vladimir Kramniklə bərabərə qalıb.

15 mart
I tur

Levon Aronyan (Ermənistan, 2809) – Maqnus Karlsen (Norveç, 2872) - 0,5:0,5

Boris Gelfand (İsrail, 2740) – Teymur Rəcəbov (Azərbaycan, 2793) - 0,5:0,5

Vasili İvançuk (Ukrayna, 2757) – Aleksandr Qrişuk (Rusiya, 2764) - 0,5:0,5

Petr Svidler (Rusiya, 2747) – Vladimir Kramnik (Rusiya, 2810) - 0,5:0,5

Qeyd edək ki, ümumi mükafat fondu 510 min avro olan turnirdə mübarizə aparan zəka sahibləri bir-biriləri ilə 2 dəfə - həm ağ, həm də qara fiqurlarla üz-üzə gələcəklər. Yarışın qalibi dünya şahmat tacı uğrunda görüşdə hazırkı çempion, hindistanlı Vişvanatan Anandla mübarizə aparacaq.