11:13 15-03-2013
news_image
1053
DÖYÜŞ NÖVLƏRİ

“Əsas mübarizə Azərbaycan güləşçiləri ilə olacaq”

Rusiya Güləş Federasiyasının vitse-prezidenti Omar Murtuzaliyev martın 19-da Tiflisdə start götürəcək Avropa çempionatında şanslarını dəyərləndirib. Apasport.az saytının məlumatına görə, o, qadın güləşçilərin mübarizəsində əsas rəqiblərin adlarını açıqlayıb.

Murtuzaliyev bildirib ki, bu siyahıda ən ciddi rəqiblərdən biri də Azərbaycan yığmasıdır: “Həmişə olduğu kimi, əsas mübarizə Ukrayna və Azərbaycan güləşçiləri ilə olacaq. Polşa və İsveç millisinin də heyətində adlı-sanlı qızlar var. Buna baxmayaraq, əminəm ki, komandamız onlarla döyüşəcək və etimadımızı doğruldacaqlar. Yenə qızıl medallar qazanacağımıza və komanda hesabında birinci olacağımıza inanıram. Fikrimcə, 2 qızıl medal qazanmalıyıq”.

Qeyd edək ki, Avropa çempionatı martın 24-də başa çatacaq.