11:30 15-03-2013
news_image

Çinq-Kuo Vu: Azərbaycan klubu güclüdür

Ümumdünya Boks Seriyasının (WSB) favoritləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti Çinq-Kuo Vu yarandığı qısa müddətdə nüfuz qazanan turnirlə bağlı fikirlərini bildirib.

O, yarışda çempion titulunu qazanmağa namizədlər arasında “Baku Fires”in də adını çəkib: “Əlbəttə ki, yarışın liderləri sırasında Qazaxıstanı görürəm. Onları qarşıda Argentinada oyun gözləyir. Böyük Britaniya, İtaliya, Azərbaycan və Meksikadan da güclü klublar var. Onlar pis çıxış etmir. Kimin çempion olacağını söyləmək çətindir. Həmişə güclü qalib gəlir”.

Qeyd edək ki, “Baku Fires” WSB seriyasının 1/4 final mərhələsində Ukraynanın “Ataman” klubu ilə qarşılaşacaq.