22:02 16-03-2013
news_image
2794
STOLÜSTÜ OYUNLAR

Rəcəbovdan ilk qələbə - YENİLƏNİB

Bu gün Böyük Britaniyanın paytaxtı Londonda şahmat üzrə iddiaçılar turnirində II turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov bu dəfə Vasili İvançukla görüşüb.

Ukraynalı rəqibinə qarşı ağ fiqurlarla oynayan təmsilçimiz turnirdə ilk qələbəsini qazanıb. Teymur rəqibini artıq 34-cü gedişdə təslim olmağa məcbur edib.

İlk turda israilli Boris Gelfandla xalı yarı bölən Rəcəbov bugünkü qələbədən sonra zirvəyə yüksəlib. Hesabında 1,5 xal olan həmyerlimiz bu gün qalib gələn digər şahmatçı Levon Aronyanla ilk pilləni bölüşür.

Qeyd edək ki, ümumi mükafat fondu 510 min avro olan turnirdə mübarizə aparan zəka sahibləri bir-biriləri ilə 2 dəfə - həm ağ, həm də qara fiqurlarla üz-üzə gələcəklər. Yarışın qalibi dünya şahmat tacı uğrunda görüşdə hazırkı çempion, hindistanlı Vişvanatan Anandla mübarizə aparacaq

16 mart
II tur

Maqnus Karlsen (Norveç, 2872) – Vladimir Kramnik (Rusiya, 2810) – 0,5:0,5

Aleksandr Qrişuk (Rusiya, 2764) - Petr Svidler (Rusiya, 2747) – 0,5:0,5

Teymur Rəcəbov (Azərbaycan, 2793) - Vasili İvançuk (Ukrayna, 2757) – 1:0

Levon Aronyan (Ermənistan, 2809) – Boris Gelfand (İsrail, 2740) – 1:0

Xal durumu: Rəcəbov, Aronyan – 1,5, Karlsen, Kramnik, Qrişuk, Svidler – 1, İvançuk, Gelfand – 0,5.