11:28 16-03-2013
news_image
931
STOLÜSTÜ OYUNLAR

FİDE prezidenti Rəcəbova qarşı gediş etdi - FOTO

Böyük Britaniyanın paytaxtı Londonda start götürən şahmat üzrə iddiaçılar turnirində ilk gedişi FİDE prezidenti Kirsan İlyumjinov edib. Apasport.az saytının məlumatına görə, o, bunun üçün Azərbaycan qrossmeysteri Teymur Rəcəbovun israili Boris Gelfandla görüşünü seçib.

Həmyerlimizin qara fiqurlarla oynadığını nəzərə alsaq FİDE prezidenti Gelfandın əvəzinə oyuna başlayıb. Yəni İlyumjinovun gedişi Rəcəbova qarşı olub. Prezident oyuna d2-d4 gedişi ilə başlayıb.